Binəqədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edilmişdir

{nl}

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev ölkə Prezidenti İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Binəqədi rayonunda görülən işlərdən danışmışdır.
Natiq bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə bütün dünya ölkələrində geniş miqyasda keçirilən Beynəlxalq Əlillər Günü ulu öndərimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 1995-cü ildən qeyd olunur. Həmin vaxtdan indiyə kimi respublikamızda əlillərə qayğı daim diqqət mərkəzində saxlanılmışdır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrı-ayrı vaxtlarda müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılmışdır.
Rayon icra hakimiyyəti başçısı Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın əlillərə vaxtaşırı qayğısını da xatırlatmış, bildirmişdir ki, son illər fondun dəstəyi ilə bir sıra əlil evləri əsaslı təmir edilmiş, müasir, beynəlxalq standartlara tam uyğun olan bərpa-müalicə mərkəzləri istifadəyə verilmişdir.
Natiq çıxışında onu da vurğulamışdır ki, əlil vətəndaşlarımız cəmiyyətin həssas, ən çox diqqət və qayğıya ehtiyacı olan təbəqəsidir. Ona görə də hər birimiz belə insanlara elə yanaşmalı, elə münasibət göstərməliyik ki, onlar özlərini tənha, kimsəsiz hiss etməsinlər, ölkəmizin siyasi-iqtisadi həyatında fəal vətəndaş mövqeyi göstərsinlər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri Malik Orucov və Asif Məmmədov çıxış edərək ölkədə əlillərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar.
Əlillərdən Gəray Quliyev, Fuad Cəlilov, Teymur İsrafilov və başqaları onlara göstərilən bu cür diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda 150 əlilə RİH tərəfindən maddi yardım göstərilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında