Turqut Ər kimilərinin türk düşmənlərinin əlində bir vasitəyə çevrilməsini hiddətlə pisləyirik!

{nl}

Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat katibi Turqut Ərin Türkiyədə nəşr etdirdiyi "Azadlıqdan tiranlığa" adlı kitabı Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmağa çalışan insanlar üçün yeni bir qaynağa çevrilmişdir. Təəssüflə qeyd edirik ki, sabiq diplomat öz kitabında həqiqətləri əks etdirməkdənsə, hadisələri subyektiv işıqlandırmağa cəhd göstərmiş, ucuz sensasiya yaratmaq naminə qərəzli mövqe nümayiş etdirmişdir.
Təbiidir ki, hər bir dövlətin xarici siyasətində xüsusi önəm verdiyi müttəfiqlər olur və bu prizmadan baxsaq Azərbaycan-Türkiyə münasibətlərinin də tarixin sərt sınaqlarından uğurla çıxdığını əminliklə demək mümkündür. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin müəyyənləşməsində mühüm rol oynamışdır. Bu münasibətlərin yaranması ilk növbədə tarixi təməllərə söykənsə də, Sovetlər Birliyi dağıldıqdan və ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra bu əlaqələr daha sağlam bir şəkildə yenidən qurulmuş, iki dost, qardaş ölkə arasındakı münasibətlər əsl tərəfdaşlıq müstəvisinə yüksəlmişdir. Bu, həmin dövrlər idi ki, Azərbaycan yenidən müstəqillik əldə etsə də, bu müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir vaxtda hələ Naxçıvanda Ali Məclisin sədri olan ulu öndər Heydər Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu.
"Biz bir millət ,iki dövlətik" deyən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün türkdilli ölkələrlə, xüsusən, Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider 90-cı illərin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi addımlar atmışdır. Məhz ulu öndər Heydər Əliyevin dost, qardaş ölkə olan Türkiyəyə sevgisinin nəticəsidir ki, bu gün türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmalarına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirmələrinə bütün şəraitin nəticəsidir ki, bu gün Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2 milyard dollara çatmışdır. Eyni zamanda, iki qardaş ölkə arasında mədəni-humanitar, elmi-texniki və hərbi əməkdaşlıq sahəsində əlaqələr günü-gündən inkişaf etməkdədir.
Bu gün strateji müttəfiq ölkələr olan Azərbaycanla Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir, rəsmi Bakı öz növbəsində uydurma "erməni soyqırımı"nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, "ikili standartlar" fonunda türk xalqlarının birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin edilməsi vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə çalışır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin, sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Rəsmi Bakı Avropa və ümumilikdə Qərblə, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsi istiqamətində ciddi addımlar atır. Türkdilli dövlətlərin birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən başlıca səbəblərindən biri də yalnız Türkiyə və Azərbaycana deyil, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması Azərbaycan Prezidentinin başlıca məqsədlərindən biridir.
Son illərin reallıqları göstərir ki, Azərbaycan və Türkiyə yaxın dost, strateji müttəfiqdirlər. Bu iki ölkəni birləşdirən dəyərlər - ilk növbədə, onların ortaq tarixi, soykökü, mədəniyyəti, ənənələri, dili, dini, ortaq maraqlarıdır. Türkiyə və Azərbaycanın strateji müttəfiqliyi region üçün də aktual, gərəkli və əhəmiyyətlidir. Regionda son bir neçə ildə cərəyan edən mürəkkəb siyasi proseslər fonunda Türkiyə-Azərbaycan müttəfiqliyinin daha bir ciddi sınaqdan uğurla çıxdığını əminliklə söyləmək olar. Lakin cox təəssüflər olsun ki, bu gün Azərbaycanla Türkiyə arasında günü-gündən inkişaf edən və sağlam təməllər üzərində qurulan bu əlaqələrə kölgə salmağa cəhd edən, bu strateji əməkdaşlıqdan narahat olan qüvvələrə də rast gəlinir. Hesab edirik ki, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat katibi Turqut Ərin nəşr etdirdiyi cızma-qara da məhz Azərbaycan - Türkiyə dostlugundan, ölkələrimizin artan qüdrətindən təşvişə düşən antitürk dairələrin sifarişinin nəticəsidir.

{nl}

İlham İSMAYILOV, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında