Azərbaycanın Baş naziri Bakıda keçirilən Özbəkistanın ilk milli sərgisi ilə tanış olmuşdur

Dekabrın 3-də Azərbaycanın Baş naziri Artur Rasizadə Bakı Sərgi Mərkəzində Özbəkistanın ilk milli sərgisi ilə tanış olmuşdur.
Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Eliyor Qəniyev sərgidə nümayiş olunan məhsullar barədə Artur Rasizadəyə ətraflı məlumat vermişdir.
Sərgi ilə yaxından maraqlanan Baş nazir A.Rasizadə KİV nümayəndələrinə bildirmişdir ki, Özbəkistanda və Azərbaycanda keçirilən milli sərgilər ölkələrimiz arasında mövcud əlaqələri daha da inkişaf etdirəcəkdir. Sərgidən məmnun qaldığını söyləyən A.Rasizadə ölkələrimiz arasındakı münasibətlərin tarixi kökə söykəndiyini qeyd edərək, Özbəkistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini birtərəfli mənada dəstəklədiyini demişdir. Baş nazir Azərbaycan və Özbəkistanın iqtisadi əlaqələri inkişaf etdirmək üçün real potensiallarının olduğunu bildirərək, bu əməkdaşlıqdan hər iki ölkənin faydalanacağını vurğulamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında