ATƏT-in Bakı ofisinin jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi təlimlər başa çatmışdır

ATƏT-in Bakı ofisinin təşkilatçılığı və Azərbaycan Prezidenti Administrasiyasının dəstəyi ilə jurnalistlər və dövlət təşkilatlarının mətbuat xidmətləri üçün təşkil edilmiş "Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında səmərəli münasibətlərin qurulması" mövzusunda təlimlər aprelin 20-də başa çatmışdır.
Təlimlərdə ATƏT-in Bakı və Media Azadlığı üzrə Nümayəndəsinin ofislərinin ekspertləri, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçiləri, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları və yerli KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Seminarın ikinci günü ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ofisinin əməkdaşı İlya Dohel və litvalı media mütəxəssisi Daynyus Radzyaviçus "ATƏT regionunda media orqanlarının informasiya əldə etmək imkanlarına nəzər" və "Dövlət qurumlarının media ilə münasibətlərində müşahidə olunan yeni problemlər" mövzularında təqdimatlarla çıxış etmişlər.
Mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
Seminarın işinə yekun vuran ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ofisinin baş məsləhətçisi Aleksandr Boldırev təlimlərin KİV-lərlə dövlət orqanlarının əlaqədar qurumları arasında əməkdaşlığın gələcək inkişafına mühüm təsir göstərəcəyini qeyd etmiş, iştirakçılara gələcək birgə fəaliyyətlərində uğurlar arzulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında