Azərbaycanın sığorta-pensiya sistemi əlillərin etibarlı sosial müdafiəsini təmin etmişdir

{nl}

3 dekabr - Beynəlxalq Əlillər günüdür.
Prezident İlham Əliyev tərəfindən ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əhalinin bütün aztəminatlı təbəqəsinə, o cümlədən əlil pensiyaçılara dövlət qayğısı ilbəil artmış, onların sosial müdafiəsi daha da gücləndirilmişdir. Ölkəmizdə formalaşan yeni sığorta-pensiya sistemi əlillərin etibarlı sosial müdafiəsini təmin etmişdir.
2010-cu il oktyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əlilliyə görə əmək pensiyası alanların sayı 318 min 991 nəfər təşkil edir.
Əlillərə dövlət qayğısı 2006-cı il yanvarın 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda xüsusi ifadə edilmişdir. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilmiş, əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer almışdır. Bu müddəalar ilk növbədə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri ilə bağlıdır.
Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi nəzərdə tutulmamışdır. Qanunun müvafiq müddəaları ilə I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilmişdir.
Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.
Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilmişdir.
Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Belə ki, Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140 faizi məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110 faizi məbləğində), o cümlədən III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III qrup Böyük Vətən Müharibəsi əlillərinə 90 faizi məbləğində) əlavələr hesablanır.
Qeyd olunmalıdır ki, bu əlavələr 2006-cı il yanvarın 1-dək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanmışdır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, ötən dövr ərzində DSMF tərəfindən əlillərin pensiya və müavinətlərinin vaxtlı-vaxtında ödənilməsi ilə yanaşı, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlərin də sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi təmin edilmişdir.
Cari ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,8 milyon manat vəsait yönəldilmişdir.

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında