AzərTAc Cənubi Afrika Respublikasının BuaNews Agentliyi ilə əməkdaşlıq edəcəkdir

{nl}

Dünya informasiya məkanına sürətlə inteqrasiya edən və beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Cənubi Afrika Respublikasının BuaNews Dövlət Xəbərlər Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
AzərTAc ilə BuaNews informasiya və təcrübə mübadiləsi aparacaq, öz ölkələrində baş verən mühüm hadisələrin qarşılıqlı surətdə işıqlandırılmasında bir-birinə kömək göstərəcəklər.
Azərbaycan həqiqətlərinin dünya informasiya məkanında daha geniş yayılmasını təmin etmək üçün xarici ölkələrin aparıcı xəbər agentlikləri ilə birbaşa əlaqələrin qurulması və bu əməkdaşlığın daha da genişləndirilməsi AzərTAc-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Afrika qitəsinin ən inkişaf etmiş ölkələrindən olan Cənubi Afrika Respublikasının BuaNews dövlət xəbərləri xidməti ilə imzalanmış memorandum da bu baxımdan faydalı olacaqdır. BuaNews da, AzərTAc da yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyidir. Hər iki agentlik ölkələri haqqında həqiqətlərin dünyada təbliğində böyük rol oynayır.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında