Azərbaycanın BMT yanında daimi nümayəndəsi ABŞ-ın RTN televiziyasına müsahibəsində ölkəmizin iqtisadi inkişafından və dünya dövlətləri ilə əlaqələrindən danışmışdır

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən bildirilmişdir ki, daimi nümayəndə səfir Aqşin Mehdiyev aprelin 19-da RTN televiziya kanalına müsahibə vermişdir.
Səfir müsahibəsində Azərbaycanın tarixi, müasir dünyada rolu, beynəlxalq aləmdə tutduğu mövqe, ABŞ, Rusiya, İranla və digər dövlətlərlə apardığı balanslaşdırılmış siyasət, ölkəmizdəki mövcud siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi barədə məlumat vermişdir. A.Mehdiyev Azərbaycanın bütün dövlətlərlə, həmçinin beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Ölkəmizdə yaşayan milli azlıqlar barədə sualı cavablandıran səfir Azərbaycanda digər xalqların nümayəndələri, o cümlədən yəhudilər üçün yaradılmış yüksək şəraitdən danışmışdır. A.Mehdiyev Azərbaycan və yəhudi xalqlarının daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bildirmiş, bunun üçün Azərbaycan dövləti tərəfindən görülmüş işlər barədə məlumat vermiş, Quba rayonunda yəhudilərin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbəni misal gətirmişdir. Daimi nümayəndə Azərbaycanın müsəlmanların və yəhudilərin dostluq və mehribanlıq şəraitində birgə yaşadığı nadir ölkə olduğunu qeyd etmişdir. Səfir Azərbaycan ərazilərini işğal etmiş Ermənistanda bir nəfər belə azərbaycanlının qalmadığını bildirmiş, buna baxmayaraq, ölkəmizin ərazisində minlərlə erməninin yaşadığını diqqətə çatdırmışdır.
A.Mehdiyev Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, səbəb və nəticələri barədə məlumat vermiş, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində 1 milyon azərbaycanlının öz vətənində qaçqına və məcburi köçkünə çevrilməsi, onların ağır şəraitdə yaşaması, işğal nəticəsində 30 min azərbaycanlının qətlə yetirilməsi barədə də məlumat vermişdir. Səfir münaqişənin aradan qaldırılması istiqamətində Azərbaycanın apardığı işlər barədə söhbət açaraq BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və s. beynəlxalq və regional təşkilatlar tərəfindən qəbul olunmuş və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktını pisləyən sənədlər barədə danışmışdır.
Səfir veriliş zamanı Amerika vətəndaşlarından daxil olan suallara da cavab vermişdir. Suallar əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-İsrail münasibətləri barədə olmuşdur.
Qeyd edək ki, RTN kanalı ABŞ-ın 46 ştatında yayımlanır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında