Bakıda keçirilən beynəlxalq konfransda kabel televiziyasının inkişafı məsələləri müzakirə edilmişdir

Dekabrın 3-də "Crown" mehmanxanasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) təşkilatçılığı ilə "Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin, hökumət qurumlarının nümayəndələrinin, ölkənin televiziya və kabel televiziyası şirkətlərinin rəhbərləri və xarici qonaqların iştirak etdikləri tədbir Azərbaycanda yeni yaradılan AKOA-nın işinin təşkilinə həsr olunmuşdur.
Konfransı giriş sözü ilə açan AKOA-nın prezidenti Samir Qurbanov qurumun yaranma zərurəti və onun həll edəcəyi əsas məsələlər barədə danışmışdır. O, təsisçiləri "AG Telekom" və "SN Telecom" MMC-lər olan assosiasiyanın vəzifələri və iş prinsipi barədə geniş məruzə etmişdir.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda kabel televiziyasının yaranmasından, keçdiyi inkişaf yolundan danışmışdır. Qeyd etmişdir ki, AKOA-nın yaranması zamanın tələbidir. Hazırda Azərbaycanda hüquqi dövlət qurulmuşdur və kabel televiziyası ilə bağlı normativ aktların müzakirəsində, müəyyən qərarların qəbulunda ümumiləşdirici bir orqanın olması zəruridir.
Konfransda kabel televiziyası işinin təşkilində təcrübələri olan türkiyəli və rusiyalı mütəxəssislər bildirmişlər ki, bu televiziya insanların dünya informasiya cəmiyyətinə mədəni inteqrasiyasında mühüm rol oynayır. Əminik ki, yeni yaradılmış assosiasiyanın fəaliyyətinin əhalinin bu xidmət növündən daha məzmunlu yararlanmasında əhəmiyyəti böyük olacaqdır.
Tədbirdə AKOA-nın təşəbbüsü ilə Avrasiya Kabel Televiziyası Assosiasiyasının (AKTA) yaradılması barədə niyyət memorandumu imzalanmışdır. Sənədi Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Türkiyəni təmsil edən qurumların rəhbərləri imzalamışlar.
Sonda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında