"Azərbaycan-Türkiyə münasibətlərində medianın rolu" mövzusunda "dəyirmi masa"

Azərbaycanda Atatürk Mərkəzində Parlament Jurnalistləri Birliyinin (PJB) təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə münasibətlərində medianın rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murad Karakayanın rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbir çərçivəsində "Anadolu mətbuatının yeni siması - yerli mətbuatda səhifə tərtibatı" kitabının təqdimatı olmuşdur.
PJB-nin sədri Elşad Eyvazlı tədbiri açaraq iştirakçıları salamlamış, Türkiyə-Azərbaycan münasibətlərindən danışmış, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında mətbuatın rolunu xüsusi qeyd etmişdir.
Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat Yayım və İnformasiya Baş İdarəsinin rəhbəri Murad Karakaya çıxış edərək son dövrlərdə iki ölkə arasında münasibətlərdə media sahəsinə geniş yer ayrıldığını bildirmişdir. Əlaqələrin daha da inkişaf etməsi üçün geniş imkanların olduğunu vurğulayan M.Karakaya qardaş ölkələrimizin media nümayəndələri arasında dialoq mühitinin formalaşmasının vacibliyini xüsusi qeyd etmişdir. O bildirmişdir ki, Türkiyə tərəfi Azərbaycanın ali məktəblərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin, eləcə də media nümayəndələrinin Türkiyədə təcrübə keçməsi üçün layihə hazırlamışdır. Bu layihə təkcə Azərbaycanı deyil, digər türkdilli ölkələri də əhatə edəcəkdir.
PJB sədrinin müavini, AzərTAc-ın əməkdaşı Xətayi Əzizov Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə toplantılarında qəbul olunmuş qərarların, Türkdilli Ölkələrin Parlament Assambleyasının, Türkdilli Xəbər Agentlikləri Birliyinin əhəmiyyətindən, eləcə də AzərTAc-ın və Anadolu agentliklərinin birgə təşəbbüsü ilə reallaşdırılmış layihələrdən danışmışdır. O demişdir ki, bütün bunlar mətbuat nümayəndələri arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açmışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Jalə Əliyeva, Vahid Əhmədov, Fərəc Quliyev ölkələrimiz arasında mətbuat sahəsində əməkdaşlığın yüksək səviyyəsindən və daha da genişlənməsi imkanlarından bəhs etmişlər.
Çıxışlarda jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və digər səmərəli təkliflər səslənmiş, jurnalistlərin ölkələrimiz arasında əlaqələrə daha böyük töhfə verəcəklərinə əminlik ifadə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında