Biləsuvar xəbərləri

Respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da quruculuq işləri getdikcə geniş vüsət alır. Yeni-yeni obyektlər tikilərək əhalinin istifadəsinə verilir. Bu günlərdə Bakı-Astara magistralının Xırmandalı kəndi ərazisində yeni körpünün açılışı olmuşdur.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, "Azəryolserviz" ASC-nin sədr müavini Vaqif Hacıyev biləsuvarlıları körpünün açılışı münasibətilə təbrik etmişlər. V.Hacıyev son illərdə ölkəmizdə yol infrastrukturuna dövlət səviyyəsində böyük qayğı göstərildiyini diqqətə çatdırmış, Biləsuvarın Xırmandalı kəndi istiqamətində istifadəyə verilən körpünün əhalinin rahat gediş-gəlişi üçün şərait yaratdığını bildirmişdir.
Körpünün açılışında çıxış edən digər natiqlər daşqına məruz qalan rayonların təhlükəsizliyini təmin etmək məqsədilə tikilən belə körpülərin hamının sevincinə səbəb olduğunu vurğulamışlar. Eyni zamanda körpünün tikilməsində zəhməti olan bütün insanlara minnətdarlıq duyğuları ifadə edilmiş, onlara yeni-yeni uğurlar arzulanmışdır.
***
Biləsuvar rayonunun İsmətli kəndində tikilən 640 yerlik, 3 mərtəbəli yaraşıqlı məktəb binasının açılışında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Bayram tədbirini rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov açaraq sözü nazir Misir Mərdanova vermişdir. Nazir bütün biləsuvarlıları, o cümlədən İsmətli kənd orta məktəbinin müəllim və şagird kollektivini yeni məktəbin açılışı münasibətilə təbrik etmişdir. O bildirmişdir ki, məktəbin tikilməsində Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur. Nazir Biləsuvarın təhsil işçilərinə tövsiyələrini vermişdir.
RİH başçısı Adil Məmmədov ölkəmizdə görülən genişmiqyaslı quruculuq işlərində və eyni zamanda, Biləsuvarda tikilib istifadəyə verilən İsmətli kənd orta məktəbinə görə Azərbaycan Respublikasının Prezidentinə və xanımına biləsuvarlılar adından minnətdarlığını bildirmişdir.
Sonra yeni məktəbin açılışını bildirən rəmzi qırmızı lenti kəsilmişdir. Qonaqlar müasir təhsil ocağının siniflərini, laboratoriyalarını, kitabxanasını və idman zalını nəzərdən keçirərək görülən işləri yüksək dəyərləndirmiş, məktəbin pedaqoji kollektivinə ən xoş arzularını çatdırmışlar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında