Binəqədidə narkomaniyaya qarşı mübarizə aylığı keçirilir

Azərbaycan dövləti bu gün narkotiklərə və narkomaniyaya qarşı ən yüksək səviyyədə mübarizə aparır. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı aparılan mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin yüksəldilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi daim xüsusi diqqət mərkəzindədir.
Ölkəmizdə bu aktual problemin qarşısının alınması məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən vaxtilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ümummilli lider hələ 26 avqust 1996-cı ildə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" fərman imzalamış, eyni zamanda, 15 iyul 2000-ci il tarixli fərmanla "2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə" Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır.
Bundan başqa, ölkə Prezidentinin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə" sənəd 2007-2012-ci illərdə Azərbaycanda bu dəhşətli bəla ilə mübarizənin daha səmərəli təşkilinə ciddi təkan vermişdir. Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu yöndə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
Bütün bunlar barədə Bakı Humanitar Kollecində narkomaniyaya qarşı mübarizə aylığı üzrə keçirilən tədbirdə ətraflı söhbət getmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Təfəkkül Həsənov yeniyetmə və gənclər arasında narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışmışlar.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən hazırlanan Marat Haqverdiyevin "Məhəbbət, şeytan və ölüm" əsərinin tamaşası göstərilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında