Şahbuz rayonunda müharibə və hərbi xidmət zamanı sağlamlığını itirən 3 əlilə və 1 şəhid ailəsinə yeni fərdi evlərin orderləri təqdim olunmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 2-də Şahbuz rayonunda Azərbaycan Vətən müharibəsi və hərbi xidmət zamanı sağlamlığını itirən 3 əlilə və 1 şəhid ailəsinə yeni fərdi evlərin orderlərini təqdim etmişdir.
Azərbaycan Vətən müharibəsi əlillərindən Firəddin İsmayılov Badamlı, Qurban Məmmədov Şada kəndlərində, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş Elnur Məmmədov Şahbuz şəhərində, şəhid ailəsi Zümrüd Alməmmədova isə Keçili kəndində fərdi evlə təmin olunmuşlar.
Ali Məclisin sədri fərdi evlərlə təmin olunanları təbrik etmiş, onlara yeni mənzillərində ailə səadəti, firavan həyat arzulamışdır.
Vasif Talıbov Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatı üçün inşa ediləcək yeni binanın ərazisinə baxmış, müvafiq tapşırıqlar vermişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında