FHN-də Litva Daxili İşlər Nazirliyi Dövlət Yanğın və Xilasetmə Xidmətinin rəisi ilə görüş olmuşdur

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 2-də nazir, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Litva Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yanğın və Xilasetmə Xidmətinin rəisi, general Remigiyus Baniulislə görüşmüşdür.
Görüşdə Kəmaləddin Heydərov nazirlik və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında qonağa ətraflı məlumat vermiş, həmçinin FHN tərəfindən həyata keçirilən layihələrdən söhbət açmışdır.
Remigiyus Baniulis səfərin tanışlıq məqsədi daşıdığını bildirmiş, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı geniş məlumat verərək, bu xidmətin Litvada fövqəladə hallarda əhali və ətraf mühitin qorunmasına cavabdeh olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında