Bakıda "Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar" mövzusunda iki günlük seminar öz işinə başlamışdır

Dekabrın 2-də "Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar" mövzusunda iki günlük seminar öz işinə başlamışdır.
Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, ATƏT-in Bakı Ofisinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə keçirilir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov tədbiri açaraq demişdir ki, əsas məqsəd ölkədə vətəndaş cəmiyyətinin inkişafını dəstəkləmək, qeyri-hökumət təşkilatlarının formalaşmasına, onların ictimai-siyasi proseslərdə fəallığının daha da artırılmasına yardım göstərməkdir. Bu seminarda xüsusi təlimçilər hazırlanacaq və onlar da gələcəkdə respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən QHT-lər üçün təlimlər keçəcəklər. Təlim üçün 2000-ci ildən bəri fəallığı ilə fərqlənən 20 QHT seçilmişdir. Onların 10-nu QHT-lərə Dövlət Dəstəyi Şurası, qalanları isə ATƏT-in Bakı Ofisi tərəfindən seçilmişdir.
Sonra ATƏT-in Bakı Ofisinin nümayəndəsi xanım Fiorentina Azizi, ATƏT DTİHB-nin Polşadan olan eksperti Benjamin Moreau çıxış etmiş, seminarın əhəmiyyətindən, QHT-lərin hər bir ölkədə vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafındakı rolundan danışmışlar.
Seminarda birləşmək hüququnun əhatə dairəsinə aid beynəlxalq və milli qanunvericiliyin icmalı, birləşmək hüququnun təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ictimai birliklərin formalaşdırılması nəzəriyyəsi mövzularında məruzələr dinlənilmiş, məruzələr ətrafında çıxışlar olmuşdur.
Seminarda həmçinin hüquqi şəxsin təsis edilməsi (ictimai birliklərin qeydə alınması), qrantların qeydiyyatı və hesabatların təqdim olunması, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması, təlimçilərin təlimi üzrə metodologiyanın öyrənilməsi məsələləri üzrə müzakirələr aparılacaqdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında