Tbilisidəki M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəbinin şagirdləri Azərbaycanın ictimai-siyasi xadimlərinin məzarlarını ziyarət etmişlər

Tbilisi şəhərindəki M.F.Axundzadə adına 73 saylı Azərbaycan ümumi məktəbinin yuxarı sinif şagirdləri Azərbaycanın ictimai-siyasi xadimlərinin Gürcüstan paytaxtının Nəbatat bağındakı məzarlarını ziyarət etmişlər.
Tbilisi Cümə məscidinin imamı Qurani-Kərimdən ayələr oxumuş, şagirdlər məzarların üzərinə gül-çiçək dəstələri düzmüşlər.
Məktəbin direktoru Salman Pirməmmədov şagirdlərə bu qəbiristanlıqda dəfn olunanların ictimai-siyasi fəaliyyəti barədə məlumat vermiş və bildirmişdir ki, az qala unudulub dağılmaq təhlükəsi qarşısında qalmış qəbiristanlıqda ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə böyük bərpa işləri aparılmış, ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış şəxslərin xatirəsi əbədiləşdirilmişdir.
Direktor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gürcüstanlı soydaşlara daimi qayğı və diqqətinə, Heydər Əliyev Fondunun Gürcüstan azərbaycanlılarının təhsilinə göstərdiyi dəstəyə və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi ilə məktəbin əsaslı surətdə təmir olunub lazımi avadanlıqlarla təmin edilməsinə, bu xiyabana xüsusi diqqətə görə minnətdarlıq etmişdir. S.Pirməmmədov, həmçinin vurğulamışdır ki, bərpa işlərində Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov xüsusi fəallıq göstərmişdir.
Şagirdlər səfərdən məmnun qaldıqlarını bildirmiş və qərara almışlar ki, bu müqəddəs yeri müntəzəm olaraq ziyarətə gələcək, ulu babaların xatirələrini yad edəcəklər.

{nl}

İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında