Azərbaycan ilə Çili arasında ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Çilidə işgüzar səfərdə olmuşdur.
Ölkəmizin Meksikadakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində səfir Çilinin Xarici İşlər Nazirliyinin Avropa üzrə idarəsinin rəisi Daniel Karvallo Kepernik ilə görüşmüşdür.
İ.Muxtarov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çilinin xarici siyasət idarəsinin rəhbəri Alfrredo Moreno Çarmeyə ünvanladığı məktubu təqdim etmişdir.
Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərinə, o cümlədən mədəniyyət, təhsil, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
D.Karvallo qeyd etmişdir ki, uzun illər ərzində siyasi sabitliyin mövcud olması sayəsində Çili regionun ən aparıcı ticarət ölkələrindən biri olmuşdur. Çilinin Xarici İşlər Nazirliyinin rəsmisi ölkəsinin Azərbaycan ilə münasibətlərin daha da genişləndirilməsində və ticarət əlaqələrinin, həmçinin enerji sektorunda əməkdaşlığın inkişafında maraqlıdır.
İ.Muxtarov nazir E.Məmmədyarovun 2005-ci ildə Çiliyə və bu ölkənin xarici siyasət rəhbərinin Bakıya səfərlərini xatırladaraq, bunun iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə, hüquqi bazanın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə İ.Muxtarov Azərbaycanın tarixi, həmçinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı və etnik təmizləmə siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir.
Səfər çərçivəsində İ.Muxtarov Çilinin Diplomatik Akademiyasının direktoru Pablo Kabrera Qaete ilə də görüşmüşdür.
Görüşdə səfir Çilinin gənc diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq imkanlarından danışmışdır. Azərbaycana gəlmək arzusunda olduğunu bildirən P.Kabrera, səfər çərçivəsində təhsil sahəsində ikitərəfli hüquqi bazanın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının məqsədəuyğunluğunu ifadə etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında