Beş gündə 975 013 ədəd müxtəlif ağac və kol əkilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən noyabrın 22-27-də 496,49 hektar sahədə 975 013 ədəd müxtəlif ağac və kol əkilmişdir.
Nazirlikdən verilən məlumata görə, 119 hektarda əkilən ağaclardan 108 603 ədədi Bakı və Bakıətrafı ərazilərin payına düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən 377,49 hektar sahədə 866 410 ədəd müxtəlif ağac və kol əkilmişdir. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilmişdir.
Ümumiyyətlə, cari ilin noyabrın 1-27-də respublika ərazisində 3 285 350 ədəd ağac və kol bitkisi əkilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında