Səbail rayonunda əlillərə diqqət və ehtiram

3 Dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti rayonda yaşayan, 219 saylı evdə məktəbdə təhsil, Saray uşaq evində tərbiyə alan uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyasının üzvləri, ümumilikdə 100-dən çox əlil uşaq üçün müsiqili-əyləncəli tədbir keçirmişdir.
Tədbir iştirakçılarını salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışdır.
Natiq bildirmişdir ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox, adi mənəvi dayağa ehtiyacı var. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlətimiz bir sıra tədbirlər həyata keçirir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılmışdır. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır.
Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsi olan vətəndaş yaşayır. Bunların arasında əmək və müharibə əlilləri, Çernobıl qəzası iştirakçıları, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Əlil uşaqların təhsil almaları üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 780 nəfər uşaq 11 illik təhsil alır. Onlara 250 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir.
Bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur.
Mərasimdə çıxış edənlər əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onlar ölkədə gedən bütün proseslərdə fəal iştirak etmək istəyirlər.
Sonda əlillərə RİH tərəfindən maddi yardım göstərilmiş, hədiyyələr təqdim olunmuşdur. Tədbirdə iştirak edən incəsənət xadimləri öz mahnıları ilə görüşü daha yaddaqalan və mənalı etmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında