Abdullah Gül: Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç bir qüvvə təsir edə bilməz

Türkiyə informasiya kanallarına istinadla bildirilir ki, bu sözləri Türkiyə Prezidenti Abdullah Gül ATƏT-in sammitində iştirak etmək üçün Astanaya getməzdən əvvəl Ankaranın Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırarkən demişdir.
Jurnalistlərdən birinin "Wikileaks" internet saytında yayılmış materiallarda Azərbaycan və Türkiyə münasibətləri ilə bağlı bəzi fikir və mülahizələrin əks olunması barədə sualına münasibət bildirən Türkiyə Prezidenti bunların həqiqəti əks etdirmədiyini demişdir.
Abdullah Gül Azərbaycan ilə münasibətlərə diqqət çəkərək demişdir: "Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç bir qüvvə təsir edə bilməz. Biz bir millətin iki dövlətiyik. Kənardan fərqli görünə, fərqli qiymətləndirilə bilər, amma işin mahiyyəti budur".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında