Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Almaniyanın ölkəmizdəki səfiri ilə görüş olmuşdur

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Herbert Kvellen ilə görüşmüşdür.
Dövlət Komitəsinin sədri almaniyalı qonağı salamlayaraq bildirmişdir ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı respublika Konstitusiyasında və "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapmışdır. Ölkəmizdə bütün dinlərə və onların mənsublarına, o cümlədən lüterantların və katoliklərin də dini inanclarına hörmətlə yanaşılır, onların öz ayinlərini layiqincə icra etmələri üçün şərait yaradılır. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli ayrı-seçkilik səbəbindən münaqişələr baş verməmişdir. Bu ənənənin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xüsusilə böyük xidmətləri olmuşdur. Bu gün Prezidentimiz İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Herbert Kvellen demişdir ki, Azərbaycanda milli-dini dözümlülük mühiti dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Həmçinin, ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkədə çalışmaq xeyli xoşdur. Səfir dinlərarası dialoq mövzusuna həsr olunmuş konfrans və dünya dinləri liderlərinin sammitinə ev sahibliyi edən Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi də maraqlı ölkə olduğunu qeyd etmişdir.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında