Nazirlər Kabinetində görüş

Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun baş direktoru Eduard Dayan ilə görüşmüşdür.
Baş nazir Artur Rasizadə Eduard Dayanın son dəfə Azərbaycanda 2005-ci ildə olduğunu xatırlatmış, ötən beş ildə ölkənin, o cümlədən Bakının sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.
A.Rasizadə Dünya Bankı ilə imzalanmış sazişə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin poçt şəbəkəsində həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin əhəmiyyətini vurğulamış, Azərbaycan hökumətinin layihəyə böyük dəstək verdiyini bildirmişdir.
Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun baş direktoru Eduard Dayan Azərbaycanın son beş ildə hərtərəfli, sürətli inkişafının şahidi olmasından məmnunluğunu bildirmiş, ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT), həmçinin poçt sahəsində müsbət dəyişikliklərin olduğunu söyləmişdir.
Dünya Poçt İttifaqının fəaliyyəti barədə danışan qonaq demişdir ki, biz qlobal səviyyədə olan əsas problemləri, o cümlədən iqtisadiyyatların qloballaşdırılması, miqrasiya fenomeni, informasiya cəmiyyəti və s. nəzərdən keçirir, eyni zamanda, bu problemlərin həlli istiqamətində hansı xidmətləri təklif etmək barədə də düşünürük. O, İKT və poçt sektorunun inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırmışdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında