Kosta Rika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda ölkəmizin Kosta Rikada səfiri təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın Prezidenti Laura Çinçilya Miranda və xarici işlər naziri Rene Kastroya təqdim etmişdir.
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdən əvvəl keçirilmiş görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Prezident ilə görüşdə İ.Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmış, respublikamızın Kosta Rikadakı ilk səfiri vəzifəsində çalışacağı müddətdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Səfir İ.Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsinə toxunaraq, işğal edilmiş ərazilər və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat vermişdir. Diplomat vurğulamışdır ki, Azərbaycan beynəlxalq hüququn normalarına və prinsiplərinə, xüsusən də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır. Eyni zamanda, Azərbaycana münasibətdə də beynəlxalq ictimaiyyət tərəfindən müvafiq prinsipial mövqeyin nümayiş etdirilməsini vacib hesab edir.
Kosta Rikanın Prezidenti Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişə ilə bağlı mövqeyini dəstəklədiyini bildirmişdir.
İ.Muxtarov Kosta Rikaya səfəri çərçivəsində bu ölkənin Diplomatiya İnstitutunun direktoru Xose Xakin Çaverri Sievert ilə də görüşmüşdür. Görüşdə iki ölkənin diplomatik təhsil ocaqları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında