BakuTel-2010 dünyanın tanınmış şirkətlərinin diqqətini cəlb edib

BakuTel-2010 XVI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı müvəffəqiyyətlə başa çatdı.
Bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə müsahibəsində bildirib. Nazir bildirib ki, BakuTel 2010 dünya birliyinin diqqətini cəlb etməyə müvəffəq olub, tədbirin sponsorları qismində dünyanın tanınmış İT şirkətləri çıxış edirdi. Sərginin açılışı münasibətilə Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa İttifaqı və şəxsən BMT-nin baş katibi Pan Qİ Mun xoş fikirlərini bildirmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin sərgini ziyarət etməsi və ekspozisiyası ilə tanış olmasını xüsusi qeyd etmək istərdim. Əli Abbasov qeyd edib ki, builki BakuTel-2010 daha dolğun məzmunu ilə fərqlənibdi: "Sərgidə İKT sahəsi üzrə çoxlu sayda yeni layihə və texnoloji aspektlər nümayiş etdirilirdi, o cümlədən, yerli İT şirkətlər tərəfindən". Həmçinin Əli Abbasov BakuTel-2010 sərgisinin bir neçə xarici telekanallar tərəfindən işıqlandırılmasını da diqqətə çatdırıb: "Bu cür diqqət Azərbaycanın İKT sahəsində reallaşdırdığı siyasətin yüksək qiymətləndirilməsidir".

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında