Bakıda Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclası keçirilir

Noyabrın 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə MDB İcraiyyə Komitəsi Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şurasının XV iclası işə başlamışdır.
Əvvəlcə tədbirin iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Şuranın sədri, Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu tədbirin məqsəd və əhəmiyyətindən, müzakirə olunan məsələnin aktuallığından, görüləcək işlərdən danışmışdır. Bildirmişdir ki, 1999-cu ildə yaradılmış MDB İcraiyyə Komitəsi Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şuraya 2005-ci ildən üzv olan Azərbaycan qurumun iclaslarında ardıcıl və fəal iştirak etmişdir. Şura Dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırlayır, MDB-yə üzv ölkələrdə göstərilən sahə üzrə birgə tədbirlər müəyyən edir və dövlətlər arasında çap məhsulları mübadiləsini tənzimləyir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə keçirilən müxtəlif mədəniyyət tədbirləri, festival, müsabiqə və konfranslar haqqında məlumat vermişdir. Kitab mədəniyyətimizin inkişafı istiqamətində görülən işlərdən danışan Ə.Vəliyev tədbirin bu sahədə böyük rol oynayacağına, ölkələrimiz arasında mədəni əlaqələrin məhkəmlənməsinə kömək edəcəyinə əminliyini bildirmişdir. Tədbirdə "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" mövzusu ətrafında müzakirədə çıxış edən Rusiya Federasiyası Nəşr və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin dövri mətbuat idarəsi rəisinin müavini Gennadi Kudiy, Qazaxıstanın "Uşaq ədəbiyyatı" nəşriyyatının direktoru Şayzada Baykenova, Belarusun "Makbel" kitab nəşri və satışı üzrə istehsalat birliyinin baş direktoru Dmitri Makarov, MDB Müstəqil Kitab Yayımı Assosiasiyasının vitse-prezidenti Anatoli Qorbunov, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Anastasiya Minayeva, Tacikistanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Xasam İsmatuloyev və başqaları cəmiyyətdə kitaba verilən qiymətdən, kitab bazarındakı iqtisadi böhrandan, kitab nəşri və poliqrafiya sahəsindəki nöqsan və uğurlardan danışmışlar.
Şuranın fəaliyyətindən, MDB ölkələrində reallaşdırdığı tədbirlərdən söz açan natiqlər Bakıda keçirilən iclasın əhəmiyyətini vurğulamışlar.
Dövlətlərarası Şuranın XV iclası dekabrın 1-də davam etdiriləcəkdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında