MTN-in Heydər Əliyev adına Akademiyasında Əfqanıstanın yüksək rütbəli təhlükəsizlik zabitləri kurs keçmişlər

Əfqanıstana qeyri-hərbi sahədə yardımlar göstərilməsi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 2010-cu ilin noyabr ayında Əfqanıstanın bir qrup yüksək rütbəli təhlükəsizlik zabiti üçün "Müasir dövrdə terror təhdidləri və onlara qarşı mübarizə" mövzusunda ikihəftəlik tədris kursları təşkil edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, təlim prosesində akademiyanın professor-müəllim heyəti və milli təhlükəsizlik orqanlarının təcrübəli əməkdaşları tərəfindən mühazirələr oxunmuş və praktiki məşğələlər keçirilmişdir.
Kurs müddətində Əfqanıstanın təhlükəsizlik zabitlərinə Azərbaycan xalqının tarixi və mədəniyyəti, dövlət quruculuğunun inkişaf yolları və müasir mərhələsi barədə ətraflı məlumat verilmişdir. Onlar üçün habelə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə, "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi memarlıq qoruq-muzeyinə, Bibiheybət məscidinə, Bakı şəhərinin digər görməli yerlərinə, Şamaxı və Lənkəran şəhərlərinə ekskursiya və səfərlər təşkil olunmuşdur.
Noyabr ayının 30-da tədrisin başa çatması ilə əlaqədar kurs iştirakçıları ilə görüş keçirilmişdir.
Akademiyanın rəisi, general-leytenant Ziya Yusif-zadə Əfqanıstanın dövlət quruculuğu üçün vacib olan tarixi mərhələdə əfqan xalqına yardım göstərilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
Sonda Əfqanıstanın təhlükəsizlik zabitlərinə təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirmələri barədə müvafiq sertifikatlar təqdim olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında