Azərbaycanın müdafiə naziri Özbəkistanın Baş naziri, parlament Senatının və Ali Məclisin sədrləri ilə görüşmüş, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur

Noyabrın 30-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın Baş naziri Şavqat Mirziyayev, parlamentin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov və parlamentin aşağı palatası - Ali Məclisin sədri Dilarom Taşmuxamçedova ilə görüşlər keçirilmiş, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın indiki vəziyyəti, həmçinin hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur.
Səfər Əbiyev Azərbaycanın Özbəkistandakı səfirliyi yanındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuş, ulu öndərin bu binanın qarşısındakı abidəsi önünə əklil qoymuşdur.
Namiq Abbasov qonağı buradakı Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, o cümlədən Azərbaycan və Özbəkistanın Müştərək Tarixi Muzeyi ilə tanış etmiş, mərkəzdə yaradılan şərait haqqında məlumat vermişdir. Bildirilmişdir ki, burada təntənəli mərasimlər, eləcə də sərgi və konsert salonları, kitabxana yaradılmışdır.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında