Göyçayda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı zona seminarı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması mövzusunda növbəti zona seminarını noyabrın 30-da Göyçayda keçirmişdir.
Seminarda Sahibkarlıq və Elm, Elmi İstehsalat Müəssisələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK), Səhiyyə İşçiləri HİRK-in, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-in, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin HİRK-in, "Kənd-Qida-İş" HİF-in və bu təşkilatların Göyçay, Ağdaş, Yevlax, Mingəçevir, Şamaxı və Ağsuda fəaliyyət göstərən yerli şöbələrinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini Vaqif Eyvazov Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının vəziyyəti və işəgötürənlərlə bu sahədə əməkdaşlıq məsələlərinə dair məruzə etmiş, həmkarlar ittifaqlarına dair hüquqi sənədlər barədə məlumat vermişdir.
Seminarda "Bu gün kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatları öz üzvlərini müdafiə etməyə qadir olan real qüvvəyə çevrilmişdirmi?", "Həmkarlar ittifaqları özünün bütün qüvvəsini bu məsələlərin ədalətli həllinə yönəldə bilirmi?" kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. Bu sahədə işəgötürənlərlə əməkdaşlığın vacibliyi diqqətə çatdırılmışdır.
Tədbirdə "Həmkarlar İttifaqının ilk təşkilatını necə yaratmalı" adlı tövsiyə xarakterli sənəd ətrafında fikir mübadiləsi aparılmış və sənəd qəbul olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında