MDB müşahidə missiyası Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı yekun bəyanat yaymışdır

AzərTAc MDB-nin İcraiyyə Komitəsinə istinadla xəbər verir ki, noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərini izləmiş Birliyin müşahidə missiyası yekun bəyanatla çıxış etmişdir.
Bəyanatda bildirilir ki, missiyaya MDB-nin səkkiz ölkəsindən 352 müşahidəçi daxil idi.
Sənəd "Seçkilərin keçirilməsi üçün qanunvericilik bazası", "Seçkilərə hazırlıqla bağlı seçki komissiyalarının fəaliyyəti", "Namizədlərin irəli sürülməsi və qeydiyyata alınması", "Seçkiqabağı təşviqat", "Seçki siyahıları", "Şikayət və ərizələrlə iş", "Seçicilərin səsverməsi və səslərin hesablanması" və "Nəticələr və qiymətləndirmə" bölmələrindən ibarətdir.
Missiya hesab edir ki, demokratik, şəffaf və azad seçkilərin keçirilməsi üçün ölkə hakimiyyəti lazımi tədbirlər görmüşdür. Seçki kampaniyası prosesində ayrı-ayrı qanun pozuntuları kütləvi xarakter daşımamış, seçicilərin azad seçim etməyinə mane olmamış, səsvermənin yekun nəticələrinə təsir etməmişdir.
Bəyanatda vurğulanır ki, cari il noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri fəaliyyətdə olan seçki qanunvericiliyinin normalarına uyğun və yüksək təşkilati səviyyədə keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında