"İnzibati məhkəmələr-beynəlxalq və milli təcrübə" mövzusunda təlim-seminar işə başlamışdır

Noyabrın 29-da "İnzibati məhkəmələr-beynəlxalq və milli təcrübə" mövzusunda ikigünlük təlim-seminar işə başlamışdır.
Azərbaycan Hüquqşünasları Konfederasiyası, Ədliyyə Nazirliyi, Məhkəmə- Hüquq Şurası, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilən seminar hakimlər və vəkillər üçün nəzərdə tutulmuşdur.
Tədbirdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov bildirmişdir ki, Azərbaycanın çox sürətli iqtisadi inkişafı məhkəmə-hüquq sistemində də beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də inzibati və digər məhkəmələrin yaradılmasını zəruri etmişdir. 2011-ci ilin yanvarın 1-dən inzibati məhkəmələr yeni qanuna uyğun olaraq fəaliyyət göstərəcəklər. Bu sahədə çalışacaq hakimlərin hazırlığı Məhkəmə-Hüquq Şurasının daim diqqət mərkəzindədir. Türkiyədə keçirilmiş təlimlər, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Ədliyyə Nazirliyi tərəfindən təşkil olunmuş seminarlar hakimlərin hazırlığında, peşəkar səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır.
BMT-nin İnsan Hüquqları Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlik-Aslanov demişdir ki, seminarın məqsədi Azərbaycanın məhkəmə sistemində aparılan islahatlara dəstək, respublikanın iqtisadi və inzibati məhkəmələrində fəaliyyət göstərəcək hüquqşünasların peşəkar inkişafına təkan verməkdir.
Almaniya Ədliyyə Nazirliyinin təmsilçisi xanım Teresa Thalhemmer, Avropa Şurası baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi xanım Veronika Kotek və digərləri Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını müsbət dəyərləndirmiş, bu sahədə qanunvericiliyin beynəlxalq normalara uyğun hazırlandığını məmnunluqla qeyd etmişlər. Məruzəçilər, həmçinin Qərbi Avropa ölkələrinin ədliyyə nazirlikləri və məhkəmələri ilə təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin gücləndirilməsini tövsiyə etmişlər.
Ekspert qismində danışan Almaniyanın Meklenburq-Vorpommern Ali İnzibati Məhkəməsinin hakimi Holger Böhman "İnzibati-prosessual hüququn prinsipləri" və "İnzibati tədbirlərin növləri" mövzularında ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, inzibati məhkəmələrin əsas vəzifəsi vətəndaşlara cəza vermək deyil, onların müdafiəsini təmin etməkdən, yardım göstərməkdən ibarətdir. Bu isə dövlətin vətəndaşa göstərdiyi hüquqi xidmətdir.
Seminarda fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.{nl}

AzərAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında