Əsgər anasının minnətdarlığı

Hörmətli redaksiya, mənim oğlum Zaur Məlikzadə Füzuli rayonundakı "N" saylı hərbi hissədə, düşmənlə təmas xəttində əsgəri xidmətdədir. Hələ uşaqlıqdan onun ədəbi yaradıcılığa böyük həvəsi var. Ötən il "Xalq qəzeti" kimi nüfuzlu, rəsmi bir mətbuat vasitəsi cəmi 18-20 hekayəsi, 2 povesti olan, kiçik həcmli iki kitabı işıq üzü görən Zaur haqqında 6-7 cümləlik təqdiredici fikirlər söyləmişdi. Həmin fikirlər görkəmli yazıçıların diqqətini çəkmiş, onlar Zaurun kitablarını oxumuşdular. Nəticədə, oğlum əsgərliyə gedəndən sonra Azərbaycan Yazıçılar Birliyindən evimizə zəng vuraraq bildirdilər ki, 18 yaşlı Zaur Məlikzadə Yazıçılar Birliyinə üzv qəbul edilib. Çox sevindik.
Oğlumun əsgərliyə getməsindən 6-7 ay sonra isə hərbi hissə komandirliyindən həm evimizə, həm də onun oxuduğu məktəbə təşəkkür məktubu gəldi. Komandirlər Zaurun nümunəvi əsgər kimi Vətənə xidmət etməsindən məmnunluq ifadə edirdilər. Mən bu məktubla oğlumun yazılarını ədalətli şəkildə qiymətləndirən "Xalq qəzeti"nə, onu öz sıralarına qəbul edən Azərbaycan Yazıçılar Birliyinə və Zaurun xidmətini yüksək qiymətləndirən "N" saylı hərbi hissənin komandirlərinə öz minnətdarlığımı bildirirəm. Ədalət hissləriniz daimi olsun.{nl}

Xuraman MƏLİKOVA, Bakı şəhəri, Qaradağ rayonu

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında