Yeni yaşıllıqlar salınır

Yaz mövsümü ilə əlaqədar Səbail rayonunun ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. Rayonda hər həftə yeni ağacların əkilməsi, ağaclara qulluq olunması, ərazinin abadlaşdırılması məqsədilə iməciliklər keçirilir.
İdarə və təşkilatların, təsərrüfat xidmətlərinin, təhsil müəssisələrinin, Polis İdarəsinin 1000 nəfərə yaxın nümayəndəsinin, o cümlədən millət vəkili Fuad Muradovun iştirak etdiyi növbəti iməcilik sürüşməyə meyilli Bayıl yamacını, həmçinin Bibiheybət və Badamdar qəsəbələrində magistral yolların kənarlarını, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınan "Dostluq parkı"nı, Bayılda Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov adına parkın ərazisini əhatə etmişdir. 2500 Eldar şamı, kiparis, zeytun, şam və s. ağaclar əkilmiş, 3000 ağaca qulluq göstərilmişdir.
Uzun illərdən bəri neftlə çirklənmiş Bibiheybət buxtasında artıq 216 hektar ərazi rekultivasiya olunmuş, burada 60 minə yaxın ağac əkilmişdir. Ərazinin yaşıllaşdırılması və abadlaşdırılması məqsədilə "Bibiheybətneft" NQÇİ əməkdaşlarının iştirakı ilə növbəti iməcilik keçirilmiş və 650 ədəd ağac əkilmişdir. Neftçilərin gündəlik qulluq etdiyi bu ərazi görkəmini dəyişərək gözəl bir parka çevrilməkdədir.

{nl}

R.Tahir, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında