Avropanın mədəniyyət mərkəzi İstanbulda xəbər agentliklərinin toplantısı keçirilmişdir

2010-cu ildə Avropanın mədəniyyət mərkəzi İstanbulda dünyanın müxtəlif ölkələrinin 43 xəbər agentliyinin toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) nümayəndə heyəti də iştirak etmişdir.
Toplantını giriş sözü ilə açan Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi qonaqları Türkiyədə salamlamış, bu il 90 illik yubileyini qeyd etmiş agentliyin fəaliyyətindən, beynəlxalq əlaqələrindən ətraflı bəhs etmişdir.
"İstanbul 2010 - Avropanın Mədəniyyət Paytaxtı" kampaniyasının icraçı direktoru Şekib Avdakiç sivilizasiyaların və xalqların yaxınlaşmasında informasiya agentliklərinin rolundan bəhs etmiş, xəbər agentliklərinin rəhbərlərini Avropa ilə Asiyanı birləşdirən İstanbulda salamlamaqdan məmnun olduğunu bildirmişdir.
Türkiyə Baş nazirinin müavini, dövlət naziri Bülənd Arınç da qonaqları Türkiyə hökuməti adından salamlamış, cəmiyyətlərin həyatında, qloballaşan dünyada informasiya agentliklərinin əhəmiyyətindən söhbət açmışdır.
Toplantıda məruzə ilə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov, İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, İRNA Agentliyinin baş direktoru Əli Əkbər Cavanfekr Şəhri, İndoneziyanın Antara Agentliyinin baş direktoru Əhməd Muxlis Yusuf, İspaniyanın EFE Agentliyinin baş direktoru xanım Lola Alverez və digər natiqlər sivilizasiyaların və xalqların yaxınlaşmasında informasiya agentliklərinin rolundan danışmışlar.
A.Aslanov diqqətə çatdırmışdır ki, bəşəriyyətin tərəqqisində və qloballaşan dünyanın inkişafında informasiya mühüm rol oynayır. Ölkələrimiz inkişaf etdikcə xəbər mediasının cəmiyyətə təsir imkanları artır və bu proses müasir dünya dövlətlərini hörümçək toru kimi bir-birinə sıx bağlayır.
AzərTAc-ın son illər getdikcə güclənən fəaliyyətindən bəhs edən Aslan Aslanov vurğulamışdır ki, agentlik xəbər istehsalı və yayılması arxitekturasında mühüm islahatlara, iddialı bir proqram hazırlamağa başlamışdır. Bu proqramın vacib cəhətlərindən biri xarici dillərdə informasiya baş redaksiyasının strukturunun genişləndirilməsidir. Artıq bu istiqamətdə ciddi addıımlar atılmış, ingilis və rus dilləri ilə bərabər, alman, fransız və ərəb dillərində də xəbər şöbələri yaradılmışdır. Aparıcı milli xəbər agentliyi üçün yüksək standartlara cavab verən yeni multimedia redaksiyası da fəaliyyətə başlamışdır. Jurnalistlərin ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləməsi üçün seminarlar təşkil olunur. AzərTAc-ın yeni binasının inşası üçün intensiv smeta-layihələndirmə işləri görülür. Agentliyin kollektivi yeni minilliyin qarşıda qoyduğu yeni vəzifələri yerinə yetirmək və informasiya bazarında təklifin tələbi üstələməsinə nail olmaq üçün müntəzəm surətdə yeni texnologiyalardan istifadə etmək, struktur islahatları aparmaq və redaksiyaların arxitekturasını yeniləmək istiqamətində işləri davam etdirəcəkdir.
Noyabrın 27-də İstanbulda Türkdilli Xəbər Agentlikləri Birliyinin və İƏT ölkələri xəbər agentliklərinin də toplantıları keçriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
İstanbul

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında