Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdə olmuşdur

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda rəsmi səfərdə olmuşdur.
Nazirlikdən bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Belarusun fövqəladə hallar naziri Ənvər Barievlə görüşmüşdür.
Görüşdə iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar barəsində geniş fikir mübadiləsi aparılmışdır.
Sonra Belarusun yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin təchizatı ilə tanış olan Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitələri barədə məlumat verilmişdir.
Səfər çərçivəsində Kəmaləddin Heydərov Minskdə Belarus FHN-in Mühəndis-Komandirlər İnstitutunda təhsil alan azərbaycanlı müdavimlərlə görüşmüşdür. Səfərin yekunu olaraq Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında 2006-cı il oktyabrın 17-də Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün kompleks tədbirlər planı imzalanmışdır.{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında