Azərbaycan ilə Monteneqro arasında iki mühüm sənəd imzalanmışdır

Noyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilmişdir.
E.Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulamışdır.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə qonağa məlumat vermişdir.
Ölkəmizdə sürətli inkişafın şahidi olduğunu qeyd edən M.Roçe Monteneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirmişdir.
Monteneqrolu nazir ölkələrimiz arasında görüşlərin və əlaqələrin davam etdirilməsinin tərəfdarı olduğunu vurğulamışdır. Həmçinin M.Roçe azərbaycanlı həmkarını Monteneqroya səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.
Nazirlər ölkələrimiz arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılaşmışlar.
Sonda Azərbaycanın və Monteneqronun xarici işlər nazirləri "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş"i və "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u imzalamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında