"Azərbaycan, Qazaxıstan və Rusiyada xarici investisiyalar hüququ" layihəsinə həsr olunmuş beynəlxalq konfrans

Aprelin 9-dan 11-dək Almaniyanın Kil şəhərində "Azərbaycan, Qazaxıstan və Rusiyada xarici investisiyalar huququ" layihəsinin yekun elmi-praktik konfransı keçirilmişdir.
Bu layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzi, Almaniyanın Kil Universitetinin Şərqi Avropa Hüququ İnstitutu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu birgə həyata keçirirlər. Almaniyanın "Folksvagen" Fondu "Avropa və Şərq arasında - Mərkəzi Asiya-Qafqaz elm fokusunda" təşəbbüsü çərçivəsində bu layihəyə maliyyə dəstəyi vermişdir.
Layihənin məqsədlərinə nail olmaq üçün bir sıra tədbirlərin reallaşdırılması nəzərdə tutulmuş və həyata keçirilmişdir. Belə ki, layihə çərçivəsində birinci konfrans 2008-ci ilin noyabr ayında Bakıda, ikincisi 2009-cu ilin may ayında Almatıda və üçüncü isə həmin ilin noyabr ayında Moskva şəhərində keçirilmişdir.
Layihənin yekun konfransının açılış mərasimində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri P.Şahbazov, adıçəkilən layihənin rəhbəri A.Trunk, Şlezviq-Holştayn Torpağının iqtisadiyyat və elm nazirinin müavini xanım T. Şişanq və Baltikyanı Ölkələr Şurasının baş direktoru xanım Q. Ketçau tədbir iştirakçılarını salamlamışlar.
Azərbaycandan olan nümayəndə heyətinə layihənin milli nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzinin müdiri Cahangir Hacıyev rəhbərlik etmişdir. Azərbaycan nümayəndə heyətinə Qafqaz Universitetindən F.Mehdiyev, Bakı Dövlət Universitetindən E.Xələfov, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi N.Mustafayev və s. də daxil olmuşlar. Layihənin icraçı direktoru Kil Universitetinin Şərqi Avropa Hüququ İnstitutunun elmi işçisi A.Əliyev olmuşdur.
Konfrasda müxtəlif ölkələrdən alimlər və tanınmış hüquq şirkətlərinin mütəxəssisləri iştirak etmişlər. Konfrans gələcək əməkdaşlıq üçün faydalı olan səmərəli fikir mübadiləsi ilə yekunlaşmışdır.{nl}

DİA-nın mətbuat və informasiya xidməti

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında