Moldova Azərbaycanlıları Konqresinin sədri yüksək dövlət mükafatına layiq görülüb

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov ölkə prezidentinin səlahiyyətlərini icra edən Mixay Qumpunun fərmanı ilə Moldova Respublikasının "Gloria Muncii" ordeni ilə təltif edilib.
Bu barədə xəbər yayan Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir ki, Moldovadakı Azərbaycan diasporunun rəhbəri millətlərarası dostluğun möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi sahəsində, həmçinin məhsuldar təşkilati və ictimai fəaliyyətinə görə bu yüksək mükafata layiq görülüb. Qeyd edək ki, "Gloria Muncii" ordeni 1992-ci il iyunun 30-da təsis edilib. Bu yüksək mükafat ölkə prezidentinin fərmanı ilə təqdim olunur. Məlumat üçün bildirək ki, Vüqar Novruzov 1962-ci ildə Laçın rayonunda doğulub, ali təhsilini Moldovada alıb və həmin vaxtdan bu ölkədə yaşayır. Hüquq elmləri doktoru olan V.Novruzovun Moldova Azərbaycanlıları Konqresinin sədri kimi həmin ölkədə yaşayan bütün azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsində müstəsna rolu var. Moldova Prezidentinin soydaşımıza verdiyi bu yüksək mükafat həm də bu ölkədəki diasporumuzun fəaliyyətinə verilən dəyərdir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında