Forumda əsas məruzələri Azərbaycan nümayəndələri edəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda deyilir ki, 2010-cu il noyabrın 29-dan dekabrın 4-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Sosial Təminat Forumu keçiriləcəkdir. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə baş tutacaq Forumda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov iştirak edəcəkdir.
Dünya Sosial Təminat Forumunda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, habelə siyasətçi və alimlərin iştirakı nəzərdə tutulur. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyətin və başqa mövzuların müzakirəsi planlaşdırılır.
Forum çərçivəsində BSTA-nın 30-cu Baş Assambleyası, Büro və Şurasının iclasları da keçiriləcəkdir. Hər üç ildən bir keçirilən BSTA-nın Baş Assambleyasında təşkilatın prezidenti, baş katibi, xəzinədarı, nəzarət komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər təşkil olunur. Məlumatda həmçinin bildirilir ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
Məhz bütün bunlar nəzərə alındığındandır ki, Dünya Sosial Təminat Forumunda Azərbaycana xüsusi diqqət ayrılacaq. Belə ki, BSTA-nın İnformasiya texnologiyaları komitəsinun məruzə ediləcək 4 əsas mövzusundan 2-si -"Masştabı genişlənən avtomatlaşdırılmış idarəetmə sistemləri" və "Sığorta-pensiya sistemlərində aktual tədqiqatların təşkili və qərar qəbuletmə üsulları" üzrə əsas məruzələr Azərbaycan nümayəndələrinə həvalə edilmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında