Bakı Ağ Şəhər layihəsi Honkonqda "MİPİM ASİA 2010" sərgisində uğurla təqdim edilmişdir

Bakı Ağ Şəhər layihəsi hər il Honkonqda keçirilən investisiyalar üzrə ən iri sərgilərdən biri olan "MİPİM ASİA 2010" sərgisində uğurla təqdim edilmişdir.
Azərbaycan İnkişaf Şirkətindən (ADEC) AzərTAc-a bildirmişlər ki, "Reed MİDEM" şirkəti tərəfindən keçirilən "MİPİM ASİA 2010" sərgisində şəhərlərin və regionların hökumətləri, inşaat şirkətləri, beynəlxalq investorlar, mehmanxana şəbəkələri, idarəetmə şirkətləri, maliyyə və konsalting təşkilatları iştirak etmişlər.
Sərgiyə dünyanın müxtəlif ölkələrini və regionlarını təmsil edən 650 şirkət və 2 mindən artıq iştirakçı qatılmışdır.
Sərgi çərçivəsində 150 məruzəçinin çıxışlarını birləşdirən 40 sessiya, bazar imkanlarının potensialının tədqiqatına, həmçinin, müxtəlif regionlarda və müəyyən sahə seqmentlərində investisiya strategiyalarının həllinə yönəldilmiş diskussiyalar keçirilmişdir.
Bakı Ağ Şəhər layihəsi sərgidə ən qabaqcıl beynəlxalq investisiya layihələri ilə bir sırada təqdim edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında