Azərbaycan ilə Fransa arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Noyabrın 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin binasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda rəsmi səfərdə olan Paris Yuxarı İnstansiya Məhkəməsinin prokuror müavini xanım Fransauz Gilyon ilə görüşmüşdür.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə 2010-cu il iyunun 22-də qəbul edilmiş və Azərbaycan Prezidentinin 2010-cu il 1 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun əsas prinsipləri və implementasiyası haqqında fikir mübadiləsi aparılmışdır.
F.Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda Azərbaycan Respublikasının Konstitusiyasından, qanunvericiliyindən və tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn gender bərabərliyi prinsipini daim tətbiq etməsi ilə bağlı qonaqlara məlumat vermişdir.
Xanım Fransauz Gilyon bu sahədə Fransa təcrübəsindən danışmışdır.
Görüşdə, həmçinin konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında