İstanbulda OANA Baş Assambleyasının 14-cü iclası keçirilmişdir

İstanbulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) Baş Assambleyasının 14-cü iclası keçirilmişdir. İclasda OANA-nın üzvü olan agentliklərin, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rəhbərləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi qonaqları salamlamış, Baş Məclisin 14-cü iclasının işinə uğurlar diləmişdir.
OANA-nın prezidenti Əhməd Muxlis Yusuf təşkilatın İcraiyyə Komitəsinin 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş 30-cu iclasını böyük məmnunluqla xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin toplantı iştirakçılarını qəbul etməsini xüsusi vurğulamışdır. O demişdir ki, AzərTAc OANA-nın ən fəal üzvlərindən biridir və təşkilatın internet saytına ən çox xəbər göndərən ikinci agentlikdir.
İclasda AzərTAc-ın zəmanət məktubu ilə "Trend" xəbər agentliyi OANA-nın tamhüquqlu üzvü seçilmişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov çıxış edərək İndoneziyanın Antara Agentliyinin sədrliyi ilə OANA-nın son üç ildə böyük uğurlar əldə etdiyini vurğulamış, əmin olduğunu bildirmişdir ki, Anadolu Agentliyinin sədrliyi ilə də təşkilatın fəaliyyəti daha da güclənəcəkdir.
Baş Assambleyanın iclası çərçivəsində İcraiyyə Komitəsinin və Texniki Komitənin də iclasları keçirilmişdir.
2010-2013-cü illər üçün OANA-nın rəhbər orqanı - İcraiyyə Komitəsinin büro üzvləri seçilmişdir. AzərTAc yenidən bu nüfuzlu təşkilatın İcraiyyə Komitəsinin büro üzvü seçilmişdir.
İTAR-TASS agentliyinin təklifinə əsasən 50 il əvvəl YUNESKO-nun qərarı ilə yaradılmış OANA-nın yubileyinin keçirilməsi istiqamətində işlərin aparılması qərara alınmışdır.
İclasın yekunlarına dair İstanbul Bəyannaməsi qəbul olunmuşdur. Sənəddə intellektual və mülkiyyət hüquqlarına hörmət edilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın gücləndirilməsi, elektron məkanda informasiyaların yüksək səviyyədə və operativ yayılması məsələləri əksini tapmışdır.
Noyabrın 26-da Anadolu Agentliyinin ev sahibliyi ilə Avropanın Mədəniyyət paytaxtı olan İstanbulda xəbər agentliklərinin toplantısı keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
İstanbul

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında