Atatürkə məhəbbətlə, heyranlıqla yazılmış kitab

Qənirə Paşayeva. "Dünyanın itirdiyi böyük İnsan". Bakı, 2010.
Xəbər verildiyi kimi, Qənirə Paşayevanın "Dünyanın itirdiyi böyük insan" kitabı çapdan çıxmış, geniş ictimaiyyətə təqdim edilmişdir. Bununla belə, kitabın məziyyətləri o qədər çoxdur ki, ondan dəfələrlə söz açmağa dəyər.
Xatırladaq ki, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) xətti ilə nəşr olunmuş kitab Mustafa Kamal Atatürkə həsr olunmuşdur və Qənirə xanımın dediyi kimi, ona görə "Dünyanın itirdiyi böyük İnsan" adlanır ki, "Atatürkün vəfatı, yalnız Şərq, türk aləminin yox, bütün dünyanın itkisidir. Atatürkü təkcə anmaq yox, həm də anlamaq lazımdır. Onun bizə, bütün gəncliyə anlatmaq istədikləri dünən, bu gün və sabah da aktualdır. Bu nəşri də gəncliyə ünvanlanan bir kitabça hesab etmək olar", - deyə müəllif vurğulayır.
Bəri başdan deyək ki, Atatürk haqqında çox yazılıb, filmlər çəkilib, hətta internet resursları yaradılıb. Onun portretləri işlənib, dünyanın müxtəlif şəhərlərində abidələri qoyulub. Hələ indən belə də yazılacaq, çəkiləcək, yaradılacaq, işlənəcək, qoyulacaq. Qənirə Paşayevanın həcmcə bu kiçik kitabının fərqi ondadır ki, hər sətrində Atatürkə heyranlıq diqqəti cəlb edir. Türk dünyasının böyük İnsanına heyranlıqla qələmə alınmış kitabda müəllifin istəyi aydındır: Atatürkü anlamaq və anlatmaq. Nə gizlədək, professor Nizami Cəfərovun dediyi kimi, Azərbaycanda Atatürkü sevirlər, amma tanımırlar. Qənirə xanımın kitabı Türkiyə Cümhuriyyətinin yaradıcısını tanıtmaq niyyətindən ərsəyə gəlmişdir.
Müəllif kitabını türk dünyasının başqa bir böyük övladının - Heydər Əliyevin sözləri ilə başlayır: "Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiqli cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz xalqını daha da yüksəklərə qaldırmışdır".
Qənirə Paşayevanın Mustafa Kamal Paşaya heyranlığı kitabın ilk cümlələrindəcə üzə çıxır: "O, "Nə mutlu türküm deyənə" söyləyib, türk millətinin ruhunun ətalətdən qurtulub yüksəlməsində misilsiz xidmətlərin müəllifi oldu. Türkiyə Cümhuriyyətinin qurucusu olan bu böyük dahi Türk idi, Ata Türk idi, ATATÜRK idi... Biz isə deyirik, nə mutlu Atatürkçüyüm deyənə, nə mutlu Atatürkü sevənə!"
Qənirə Paşayeva kitab boyu Atatürk haqqında fikir və mülahizələrini bölüşür. Həm də bu zaman məşhur insanların fikirlərinə də müraciət edir. Oxuculara Azərbaycan Prezidenti İlham Əliyevin də fikirləri təqdim olunur: "Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün Türk Dünyası haqqında daim düşünmüşdür. O cümlədən, Azərbaycanda yaşanan olaylar da onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı qardaşlarına olan məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir".
Atatürkə heyranlıq kitabdakı sərlövhələrdə də ifadə olunmuşdur: "Tarixi yaradan, tarix yazan insan", "Bütün dünyada qibtə hissi yaradan Mustafa Kamal", "Qığılcımları alova çevirməyi bacaran dahi lider" və s.
Fikrimiz kitabın içindəkiləri təkrarlamaq deyildir. Atatürkü tanımaq istəyirsinizmi? Onda Qənirə xanımın kitabını oxuyun...
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında