"Nobellər və Bakı nefti" sərgisi ikinci dəfə Londonda

Bu il noyabrın 25-də Londonda dünyanın ən məşhur auksion evlərinin biri - Sotheby auksionunda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq. Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdiriləcək. Sərginin ikinci dəfə Londonda nümayişi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və təşkilatı dəstəyi ilə həyata keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır. Təşkilati dəstək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Statoil-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Sərgi dekabr ayında Nobellərin vətəni Stokholmda Nobel mükafatının verilməsi ərəfəsində də nümayiş etdiriləcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında