AzərTAc-ın saytı Azərbaycanın Fransadakı səfirliyinin internet səhifəsində yerləşdirilmişdir

Noyabrın 23-dən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın saytı Azərbaycanın Fransadakı səfirliyinin internet səhifəsində yerləşdirilmişdir.
Bu, təsadüfi deyildir. Dinamik sosial-iqtisadi yüksəliş yoluna çıxan müstəqil Azərbaycanın həyatının bütün sahələrində baş verən mühüm dəyişikliklər AzərTAc-ın xəbərlərinin əsas mövzusudur. Demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən, özünün zəngin təbii resurslarını dünyaya açan və Avropanın enerji təhlükəsizliyinə töhfəsini əsirgəməyən ölkəmizin bütün bu sahələrdəki uğurları barədə informasiyalar agentliyin kanalları ilə təkcə respublika daxilində deyil, həm də xaricdə geniş yayılır.
Son vaxtlar AzərTAc internet resursunun istifadəçiləri üçün yeni imkanlar təqdim edir. Respublikanın milli informasiya agentliyi - yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan və fasiləsiz olaraq bütün sutka ərzində fəaliyyət göstərən AzərTAc hazırda beş xarici dildə - ingilis, alman, fransız, ərəb və rus dillərində informasiya yayır, multimedia, videoxəbər və infoqrafika xidmətlərinin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Mövzular, janrlar, coğrafiya dəyişir, yalnız bir prinsip - hazırlanan informasiyanın əzəli və əbədi prinsipi dəyişməz qalır. Bu, faktların geniş ictimai əhəmiyyəti, doğru-düzgünlüyü, dəqiqliyi və xəbərlərin operativliyidir. Məhz buna görə AzərTAc-ın internet səhifəsi bir sıra dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, dünyanın ən nüfuzlu informasiya mərkəzlərində, xəbər agentliklərində getdikcə daha böyük maraq doğurur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında