"Əmək müqaviləsi" hazırlanarkən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi dəqiq göstərilməlidir

Müstəqillik əldə edildikdən sonra ölkəmizdə pensiyaların hesablanmasında bir sıra dəyişikliklər edilmişdir ki, bunlar ancaq sığortaolunanların sosial vəziyyətinin yaxşılaşmasına yönəldilmiş tədbirlərdəndir. Bu illər ərzində yeni iş yerinə gələn şəxs ilə işəgötürən arasında müqavilə bağlanır və bundan sonra işçi işə götürülür və ona dövlət sosial sığorta şəhadətnaməsi verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işəgötürənlə işçi arasında "Əmək müqaviləsi" tərtib olunarkən işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) mütləq təqdim etməlidir.
Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı son dərəcə diqqətli olmalıdırlar və "Əmək müqaviləsi" tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar. Çünki respublikamızda işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanması əsasında aparılır. Yəni təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də şəxs işləməyə başlayarkən:
-mütləq "Əmək müqaviləsi" imzalamalı;
-aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı;
-işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsində şəxsən maraqlı olmalıdır.
Bununla sosial sığortaolunan şəxslər həm də qanunvericiliyin verdiyi üstünlüklərdən bəhrələnmək imkanı əldə edirlər. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilən şəxslər sosial risklərlə qarşılaşdıqda sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar. Sosial risklər dedikdə əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s. anlaşılır. Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqinin digər üstünlükləri də vardır. Şəxsi fərdi hesablarda toplanmış məbləğ daim inflyasiya göstəricilərinə uyğun indeksləşdirilir, gələcəkdə daha böyük məbləğ şəklində həmin insanların təminatında rol oynayır.
DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, araşdırmalar onu göstərir ki, bu gün bir sıra hallarda işçilərlə əmək müqavilələrinin bağlanmamasına, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsinə işçilərin öz hüquqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. Nəzərə çatdırırıq ki, gələcək pensiya və müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması mühüm rol oynayır. İşçilər bu prosesdə fəal iştirak etməlidirlər ki, gələcəkdə onların sosial hüquqları təmin edilmiş olsun.
Dövlət Sosial Müdafiə Fondu əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödənməsində maraqlı olmağa çağırır. Vətəndaşlar bilməlidir ki, onların sosial təminatının gələcəyi öz əlindədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında