Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada "İlin adamı" elan edilmişdir

Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətləri olan insanlara mükafatların təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, 2000-ci ildən etibarən mütəmadi olaraq hər il keçirilən bu təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyədək jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülmüşlər.
Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə əsas nominasiya olan "İlin adamı-2010" mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul etmişdir. Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırmış, regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan- Gürcüstan - Rumıniya - Macarıstan İnterkonnektoru) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd etmişlər.
Bu qərar Avropa mətbuatında geniş işıqlandırılmışdır. Təqdimat mərasimində Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov çıxış etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında