bmi şirkəti öz salonunun yeni görünüşünü təqdim edir

Aparıcı hava şirkətlərindən olan British Midland International (bmi) bu gün öz orta məsafəli təyyarələrinin biznes və ekonom sinifləri üçün yeni salonları təqdim edib. A321 və A320 tiplı təyyarələrdəki əsas dəyişiklik yeni dəri salondan, rahat yastıqlardan və dinamik işıqlandırma sistemindən ibarətdir.
Noyabrın 22-də Əddis-Əbəbə, Əmman, Bakı, Beyrut, Dəməşq, Fritaun, Xartum, Moskva, Tbilisi, Tehran və İrəvan kimi orta məsafələrə uçan sərnişinlər Britaniya hava şirkətinin təyyarə salonlarının yenilənməsi üzrə proqramının başlanğıcını görə bilmişlər. Proqram 2011-ci ilin mayında yekunlaşacaq.
Qara tikişli qəhvəyi rəngli dəri örtüklər bütün oturacaqlarda quraşdırılıb və bu da yenicə istifadəyə verilmiş qara xalçaları və başaltı üçün örtükləri tamamlayır. Bundan başqa, bütün təyyarələrdə yeni tipli yastıqlar olacaq ki, bu da hər iki salondakı sərnişinlərin rahatlığını artıracaq. Yeni işıqlandırma sistemi və pərdələr bütün salona genişlik görünüşü verəcək.
bmi şirkətinin baş icraçı direktoru Volfqanq Prok-Şauer qeyd edib: "Biz çox şadıq ki, öz orta məsafəli təyyarələrimizi yeniləyə və rəqabətə davamlı məhsul təklif edə bilirik. İnteryerdəki dəyişikliklər bizim orta məsafəli təyyarələrimizin təmirindəki son ştrixdir. Təmir bmi şirkətinin rənglər sxeminin tam dəyişdirilməsini ehtiva edirdi.
Biz müştərilərimizə ən yaxşı qiymətə görə ən yaxşı xidmət təklif etmək haqda verdiyimiz vədə sadiq qalırıq və onları yenilənmiş təyyarələrimizin göyərtəsində görməyə şadıq. Müştərilərimizə göstərdiyimiz xidmətin səviyyəsini qaldırmaqla, öz məhsul və xidmətlərimizi daima yeniləməklə biz dəyərli müştərilərimizə maksimum xeyir vermək və bmi şirkəti ilə səyahəti daha yaxşı etmək istəyirik".

{nl}

R.İlqar, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında