Almaniyanın keçmiş xarici işlər naziri: "Gənc dövlət kimi Azərbaycan çox böyük uğurlar əldə etmişdir"

Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələr bütün sahələrdə inkişaf etmişdir. İki dövlət arasında münasibətlər dostluğa əsaslanır.
Bu sözləri Bakıda səfərdə olan Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer AzərTAc-ın müxbirinin suallarını cavablandırarkən demişdir.
Gənc dövlət kimi Azərbaycanın çox böyük uğurlar əldə etdiyini deyən almaniyalı qonaq, bildirmişdir ki, ölkənin sürətli inkişafı xarici sərmayədarların diqqətini cəlb edir.
"Azərbaycan gələcəyə hesablanmış addımlar atır. Azərbaycanın bu gün qoyduğu irihəcmli sərmayələr onun gələcəyinin təminatıdır və bu proses çox ağıllı şəkildə həyata keçirilir".
Almaniyanın keçmiş xarici işlər naziri vurğulamışdır ki, Azərbaycan həm geostrateji mövqeyi, həm də enerji resursları baxımından Avropa üçün çox vacib ölkədir.
"Ölkə rəhbərliyinin yürütdüyü düzgün siyasi kurs nəticəsində Azərbaycan Avropada özünə çoxlu tərəfdaş qazanmışdır. Bu əlaqələrin qurulmasının başlıca səbəblərindən biri ölkə daxilində sabitlik amilinin olmasıdır" - deyə qonaq bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında Almaniyanın keçmiş xarici işlər naziri demişdir ki, onun ölkəsi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. O, qeyd etmişdir ki, münaqişənin danışıqlar yolu ilə nizamlanması üçün beynəlxalq birlik səylərini daha da artırmalıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında