Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclası keçirilmişdir

Noyabrın 23-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında "Bakutel-2010" sərgisi çərçivəsində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda RRB-yə üzv dövlətlərlə əməkdaşlığa böyük əhəmiyyət verildiyini vurğulamış, bu əlaqələrin respublikada informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına imkan yaratdığını qeyd etmişdir.
Beynəlxalq Elektrorabitə İttifaqı baş katibinin müavini Xoulin Çjao tədbirdə qəbul olunacaq qərarların əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırmışdır.
Tədbirdə rabitə administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının forumlarına hazırlıq istiqamətində qarşılıqlı fəaliyyəti, informasiya texnologiyaları və dövlət xidmətləri sistemlərinin inkişafı, RRB-nin daxili fəaliyyəti və digər vacib məsələlərə baxılmışdır. RRB-yə daxil olan ölkələrdə peyk rabitəsinin inkişafı, rəqəmsal yayımın vəziyyəti, yeni elektron rabitə xidmətləri, poçt xidmətlərinin inkişafı və bu sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
İclasda Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı arasında saziş, həmçinin RRB ilə Panafrika Poçt İttifaqı arasında poçt sahəsində 2011-2016-cı illəri əhatə edən əməkdaşlıq proqramı imzalanmışdır.
Sonda iştirakçılar Azərbaycan hökumətinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında