Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir

Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov muxtar respublika paytaxtında yeniləşmə ilinin dinamik inkişaf, sürətli yeniləşmə, vüsət alan genişmiqyaslı tikinti-quruculuq işləri ilə səciyyələndiyini bildirmişdir.
Valideyn İlhamə Səlimova ilbəil deyil, günbəgün gözəlləşən, böyüyən, inkişaf edən Naxçıvan şəhəri ilə qürur duyduğunu, bu gözəlliyi yaradanlarla fəxr etdiyini bildirərək demişdir ki, bu gün biz valideynlər üçün əsl bayramdır. Çünki uşağının belə bir bağçada tərbiyə alması hər bir valideyn üçün böyük sevincdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "uşaqlar bizim gələcəyimizdir, onları qorumaq, təhsilli, vətənpərvər böyütmək dövlətin və cəmiyyətin üzərinə düşən mühüm vəzifələrdən biridir" sözlərini yada salmışdır. O demişdir ki, ulu öndərin müəyyənləşdirdiyi uşaq və gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində bu gün onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Ölkə başçısının 2007-ci il 12 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" çərçivəsində gənc nəslin hərtərəfli inkişafı və dünyagörüşünün formalaşmasında mühüm rol oynayan məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri tikilmiş, yenidən qurulmuş, uşaqlar üçün hər cür şərait yaradılmışdır. Təhsilə, məktəbəqədər tərbiyə müəssisələrinə, ümumiyyətlə, elmə, təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan sərmayədir. Bu gün yetişən gənclər sabahın qurucuları, müstəqil Azərbaycanın vətəndaşları olacaqlar. Gələcəyin təməli isə ilk növbədə bağçalarda qoyulur. Əgər uşaqlar bağçada məktəbəqədər tərbiyəni, təhsili, təlimi düzgün alırlarsa, onlar məktəbdə proqramları daha tez öyrənir və müasir təhsil metodlarını qavramaqda çətinlik çəkmirlər.
Müasir təhsil sistemi kitabla yanaşı, müasir informasiya texnologilarını da mənimsəməyi tələb edir. Bunsuz elmin, təhsilin inkişafından söhbət gedə bilməz. Kitabla bərabər müasir texnologiyaların öyrənilməsi həm ölkə daxilində, Azərbaycan mühitində, həm də dünya miqyasında uşaqların müasir səviyyədə biliklərə yiyələnmələrinə şərait yaradır. Bunların da təməli bağçada qoyulur.
Əgər uşaqlar oyuna maraq dairələrinə görə düzgün seçilib qruplaşdırılırsa, gələcəkdə onların peşə seçimində də problem ortaya çıxmır. Əksinə, onlar daha da püxtələşərək orta məktəb partası arxasından sonra öz həyat yollarını daha rahat seçə bilirlər. Ona görə də bağçalarda uşaqların zehni oyuna maraqlarına diqqət artırılmalı, onlarla fərdi qaydada iş aparılmalıdır. Yaradılmış şəraitdən düzgün istifadə edilərək uşaqların təlim-tərbiyəsi, sağlamlığı ilə ciddi məşğul olmaq lazımdır. Bunun üçün lazım olan şərait yaradılıbdır.
Ali Məclisin sədri son illər muxtar respublikada müasir tələblərə cavab verən 12 yeni bağçanın tikilərək və ya yenidən qurularaq isitfadəyə verildiyini, həmin bağçalarda 1500-dən yuxarı uşağın tərbiyə alaraq böyüdüyünü bildirmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni uşaq bağçasına baxış olmuşdur.
Müasir memarlıq üslubunda inşa edilən, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən yüksək keyfiyyətlə həyata keçirilmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında