Məhkumların hüquqlarının qorunması diqqət mərkəzindədir

Son illər ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar sistemdə köklü islahatlar aparılır. Cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilmiş, saxlanma şəraiti, ərzaq və tibb təminatı yaxşılaşdırılmış, ictimai nəzarət gücləndirilmişdir. Müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görülür.
Bununla belə, penitensiar sistemdə hələ də bəzi problemlər qalmaqdadır. Belə ki, islah işinin və əməyə cəlb etmənin səmərəsinin artırılması, residiv cinayətkarlığın qarşısının alınması üzrə əlavə tədbirlər görülməli, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə kimi mühüm humanist institutun tətbiqi qaydası təkmilləşdirilməlidir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu sahədə nöqsanların aradan qaldırılması üzrə tədbirlər nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş iclasda müzakirə edilmişdir. Tədbirdə nazirliyin və Penitensiar xidmətin rəhbər heyəti, hakimlər, Məhkəmə-Hüquq Şurasının üzvləri və Baş Prokurorluğun rəhbər işçiləri iştirak etmişlər.
Müşavirədə islah prosesinin səmərəsində vacib əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmənin tətbiqində ciddi nöqsanlar, o cümlədən sənədləşdirmədə qüsurlar, süründürməçilik halları, bəzən proseslərin formal keçirilməsi, əsaslandırılmamış qərarların qəbul olunması kimi pozuntular və onları doğuran səbəblər ətraflı və prinsipial müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, respublika Ali Məhkəməsi tərəfindən bu sahədə məhkəmə təcrübəsi ümumiləşdirilərək ötən ay plenum iclasında müzakirə olunmuş və qanun pozuntularına yol vermiş hakimlər barədə intizam icraatının başlanılması üçün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilmişdir.
İclasda bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyi qeyd edilərək konkret vəzifələr müəyyən olunmuş, o cümlədən beynəlxalq təcrübə öyrənilməklə müvafiq prosedurların sadələşdirilməsi, şəffaflığın və obyektivliyin gücləndirilməsi üzrə işin əlaqələndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında